Dünya

Belarusun müxalifət üzvü Mariya Kalesnikova Vaslav Havel mükafatına layiq görülüb

Belarusun həbsdə olan müxalifət üzvü Mariya Kalesnikova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) insan haqlarının müdafiəsi sahəsində hər il təqdim etdiyi Vaslav Havel mükafatı laureatı olub.

Mariya Kalesnikova bu mükafata Aleksandr Lukaşenkonun avtoritar hökumətinin demokratiya tərəfdarlarına və qruplarına qarşı davam edən repressiyaları fonunda insan haqlarının müdafiəsi sahəsində gördüyü “böyük” işlərə görə layiq görülüb.

Mükafatı AŞPA-nın prezidenti Rik Deyms sentyabrın 27-də təşkilatın payız plenar iclasının Strasburqdak eçirilən xüsusi mərasimində Mariyanın bacısı Tatyana Xomiçə təqdim edib.

“O, təhlükəsizliyini riskə ataraq, cəsarət göstərdi. Dinc və qanuni etirazlara qarşı güc və qəddarlıq həyata keçirən rejimə qarşı çıxmağa hazır olduğunu göstərdi” – deyə, Deyms bildirib.

Mariya Kolesnikova və Maksim Znak

Kolesnikova və digər müxalifət üzvü Maksim Znak hakimiyyəti ələ keçirmək və ekstremist bir qrup yaratmağa cəhd göstərərək milli təhlükəsizliyə xələl gətirən çağırışlar etmək ittihamları ilə günahkar bilinib və sentyabrın 6-da 11 və 10 il həbs cəzasına məhkum edilib.

Onların hər ikisi ittihamları rədd edərək, özünü təqsirli bilməyib.

39 yaşlı Kalesnikova prezidentliyə namizədliyi ləğv edilən Belqazprombankın keçmiş rəhbəri Viktar Babarikanın seçki kampaniyasının koordinatoru idi.

Babarika 2020-ci ilin avqust seçkilərindən bir neçə həftə əvvəl həbs edildikdən sonra Kalesnikova belarusların əksəriyyətinin seçkilərdə qalib hesab etdikləri prezidentliyə namizəd Svyatlana Tixanovskaya ilə birləşdi.

Tixanovskayanın dəstək qrupuna qoşulduqdan sonra Kalesnikova müxalifət Koordinasiya Şurasının üzvü olub vəseçkilərin saxtakarlaşdırıldığını deyən və Lukaşenkonun istefasını tələb edən etiraz aksiyalarının aparıcı liderinə çevrildi.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button