Bizim tərcümə

Belçikada 3 bıçaqlı hücum: 2 ölü, 3 yaralı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-29 10:49:00

Belçikanın paytaxtı Brüsseldə axşam saatlarında 3 ayrı bıçaqlanma hadisəsi baş verdiyi bildirilib.

Yerli vaxtla saat 18.00 radələrində Brüsselin Anderlext səmtində kanal uzunluğu kimi tanınan Veeweyde məkanında Brüssel regional administrasiyasının CERIA adlı idman qurğusundan çıxan kütləyə hücum edən şəxs bıçaqla hücum edib. Hadisə yerinə çox sayda ilk yardım və polis qrupları sövq edildikdən sonra səlahiyyətlilər 1-i ağır olmaqla 3 nəfərin yaralandığını bildirib. Hücum edən şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

st. Yerli vaxtla saat 18:20 radələrində Gillesdəki Betleem Meydanında bıçaqla hücum edən şəxs bir nəfərin boynuna zərbə endirib və qaçıb. Polis qurbanın aldığı zərbədən hadisə yerində dünyasını dəyişdiyini bildirib. Bu hücumdan qısa müddət sonra saat 18:30 radələrində qaçqınlar mərkəzində iki nəfər arasında dava düşüb. Baş verən davada tərəflərdən birinin digərinə bıçaqla hücum etməsi nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Ardıcıl hücumlarla bağlı hərtərəfli açıqlama verilməsə də, prokurorluq indiyədək heç kimin tutulmadığını bildirib. Hadisələrin baş vermə səbəbləri, aralarında hər hansı əlaqənin olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button