Bizim tərcümə

Berluskoninin leykoz xəstəliyinə tutulduğu iddia edilir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-06 13:07:05

class=”medianet-inline-adv”>

İtaliya mətbuatı Milanda San Raffaele xəstəxanasında reanimasiyada olan İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin leykoz xəstəliyinə tutulduğunu iddia edib. İtaliyanın aparıcı “Corriere della Sera” qəzeti adını açıqlamadığı mənbəyə istinadən 86 yaşlı Berluskoninin leykemiya diaqnozu qoyulduğunu yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

Berluskoninin sözçüsü Paolo Emilio Russo xəbəri təkzib etməyib və səhhəti ilə bağlı məlumat vermək səlahiyyətinin olmadığını bildirib.

“Mən bu səhər professor Zangrillo (Berluskoninin şəxsi həkimi) ilə danışdım və o, mənə dedi ki, Berluskoninin gecəsi sakit keçib və vəziyyəti stabildir”, – xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani açıqlamasında deyib.
Beluskoninin səhhətinin vəziyyəti ilə bağlı açıqlama vermək səlahiyyətinin yalnız şəxsi həkimi Alberto Zangrillo olduğu bildirilib.

class=”medianet-inline-adv”>

DÜNEN XƏSTƏXANAYA GÖRÜLÜB

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ötən gün tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib və ürək-damar şöbəsində reanimasiyaya yerləşdirilib.

İtaliyada dörd müddət baş nazir olan Berluskoni 2016-cı ildə ürək əməliyyatı keçirərkən prostat xərçənginə qalib gəlib. 2020-ci ildə koronavirusa yoluxan və son illərdə tez-tez xəstəxanaya yerləşdirilən Berluskoni nəzarət məqsədilə sonuncu dəfə martın 27-də xəstəxanaya yerləşdirilib və martın 30-da evə buraxılıb.

Berluskoni sonuncu dəfə 2008-2011-ci illərdə baş nazir olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button