2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları həbsdə olan keçmiş separatçı liderlərə baş çəkiblər

Bakı/27.12.23/Turan: Dekabrda Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova medianın sorğusuna cavabında bildirib ki,  saxlanılanlarla təkbətək görüşlər keçirilib və onların ailələrilə əlaqə saxlamasına şərait yaradılıb.

Məhbuslara ailələrinin göndərdikləri bağlamalar da çatdrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq Qızıl Xaç Komitəsi öz madatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. Həmçinin şəxslərin ailələrilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. Beynəlxalq Qızıl Xaç Komitəsinin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, – Hüseynova bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi cəzaçəkmə yerlərində baş çəkdikləri məhbusların şəxsiyyətini açıqlamır.

Xatırladaq ki, sentyabrın 19-20-də Qarabağda antiterror əməliyyatından sonra hüquq-mühafizə orqanları separatçı rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş “xarici işlər naziri” David Babayan, “parlamentin spikeri” David İşxanyan, generallar Lev Mnatsakanyan və David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

Onlara qarşı təcavüzkar müharibəni başlatmaq, sülhə və insanlığa qarşı hərəkətlər, humanitar hüququn pozulması, terrorizm, muzdluların cəlb edilməsi, silahlı dəstələrin yaradılması, cinayət əmrləri və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.-16d06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button