2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Beynəlxalq Valyuta Fondunun sədri həbs oluna bilər – 400 milyonluq ittiham

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard vəzifə səhlənkarlığında, dövlət vəsaitlərindən yanlış istifadədə ittiham olunur.

«The Guardian»ın məlumatına görə, Laqard Fransanın maliyyə naziri işlədiyi dövrdə (2007-2011) biznesmen Bernar Tapiyə dövlət büdcəsindən 400 milyon avro ayırıb. Və bu maliyyə ayırmasını əsaslandırmayıb.

90cı illərin əvvəllərində Bernar Tapi «Adidas» firmasındakı payını «Credit Lyonnais» bankına satandan sonra dövlətdən kompensasiya tələb etmişdi. Biznesmen iddia edirdi ki, həmin vaxt dövlətə məxsus olan bu bank onu aldadıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tapi bildirmişdi ki, maliyyə strukturu öz payını dəfələrlə artıq qiymətə satıb.

Tapi ilə «Credit Lyonnais» arasında mübahisə Fransa Maliyyə Nazirliyinin nəzarətində idi. 2008-ci ildə biznesmen
Arbitraj məhkəməsi vasitəsilə dövlət büdcəsindən pulunu ala bildi.
Laqardın işi üzrə proses bu gün başlayıb və dekabrın 20-dək davam edəcək.

BVF sədrinin təqsiri sübut olunsa, onu 1 ilədək həbs cəzası və 15 min avro cərimə gözləyir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button