2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Biləsuvarda Tovuz döyüşləri şəhidinin anım günü qeyd olunub

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, YAP Biləsuvar rayon təşkilatının rəhbərliyi, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan və şücaətindən bəhs edərək başsağlığı veriblər. Qeyd edilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də məhz Tovuz döyüşləridir. Artıq üçüncü ildir ki, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan igidlərimizin əziz xatirəsi xalqımız tərəfindən ehtiramla yad olunur.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button