2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Binəli Yıldırım:“ABŞ-a müharibə elan edəcək deyilik”

Türkiyənin Baş naziri Binəli Yıldırım BBC-yə müsahibəsində YPG-nin silahlandırılması məsələsi ilə bağlı suala cavab olaraq “ABŞ-a müharibə elan edəcək deyilik” deyib. Baş nazir terror təşkilatıyla mübarizəni davam etdirəcəklərini söyləyib.

Yıldırım Somali konfransına qatılmaq üçün getdiyi Londonda BBC-nin suallarını cavablandırıb. O, “ABŞ tərəfindən silahlandırılsa belə, YPG-ni Suriyada bombalamağa davam edəcəksinizmi?” sualına da “təbii ki, əgər bir təhdid varsa, əlbəttə, elə edəcəyik” şəklində cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərində ABŞ prezidenti Donald Trampa hansı mesajlar verəcəyi sualına cavab olaraq Yıldırım bunları söyləyib:

“Mesaj açıq. “Ən başından bəri NATO-da müttəfiq, strateji ortağıq. Bölgədə terror təşkilatlarına qarşı mübarizəni yalnız Türkiyə ilə edə bilərsiniz, başqa terror təşkilatları deyil” deyiləcək. Bu birinci mesaj. İkinci mesaj isə “FETO terror təşkilatının ciddi bir çevriliş cəhdi ilə qarşı-qarşıya qaldıq və bu terror təşkilatının böyüyü ABŞ-da yaşayır. Ortaq və dost iki ölkə olduğumuza görə hüquqi müddət tamamlanır- tamamlanmaz onu deportasiya etməlisiniz” şəklində olacaq.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button