2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatSiyasət

Binəli Yıldlrım Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb. 24saat.org xəbər verir ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında verən B.Yıldırım deyib ki, Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir: “Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkəyə gəlişimdən məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram”
Prezident İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Binəli Yıldırım səfər çərçivəsində digər dövlət rəsmiləri ilə də görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button