2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bir qırpımının vaxt ölçüsü və başqa maraqlı göz faktları

“The Telegraph” yazır ki, elm və texnika az qala günbəgün inkişaf etsə də, görmə qabiliyyətimizi müəyyən edən metod son 100 ildə olduğu kimi qalıb.

Söhbət eynəksiz halda gözlərimizin necə gördüyünü müəyyən edən metoddan gedir.

Saytların yığılması Saytlarin yigilmasi

İstənilən göz həkiminin kabinetində üzərində sətirbəsətir kiçilən hərflərin olduğu lövhəni görmək mümkündür.

Bu diaqramlarda hər sətirdə düzülmüş müxtəlif hərflər eyni boydadır, lakin onun altındakı sətirdə hərflər artıq bir qədər kiçilmiş olur və sair.

Oftalmoloqlar məhz bu lövhədəki hərfləri oxumaq qabiliyyətimizə görə bizim görmə qabiliyyətimizi müəyyənləşdirirlər.

Bu lövhələrə Monoyer diaqramı da deyilir. Diaqramın yaradıcısı Ferdinand Monoyerin bu həftə 181 illiyi tamam olub.

Monoyer 1836-cı ildə Fransada doğulub. Lion şəhərində böyüyən gənc 1871-ci ildə universitet təhsili almaq üçün Strasburqa yollanıb. Sonra isə vətəni Liona qayıdaraq 1912-ci ildə vəfat edib.

O həm də dioptriyanı icad edib. Dioptrlar diaqramdakı müəyyən şrift ölçüsünə uyğun gələn vahidlərdir.

Məsələn, pasient diaqramdakı sətirlərin hərflərini oxuyur, hər sətir isə bir dioptra – yəni gözün görmə qabiliyyəti vahidinə bərabərdir.

“The Telegraph” qəzetindəki məqalədə həm də göz haqqında çoxumuzun güman ki, bilmədiyimiz bir neçə faktlar sadalanıb.

  • İnsan gözünün çəkisi təxminən 28 qramdır, onun eni 2, 5 santimetrdir və altı əzələsi var
  • Gözlər insan doğulandan ölənədək ölçücə bir o qədər də dəyişmir
  • Gözlər yalnız qırmızı, mavi və yaşıl rəngləri görür, qalan rənglər bu rənglərin qarışığıdır
  • Gözlər boz rəngin 50 min çalarını seçmək qabiliyyətinə malikdir
  • Bir göz qırpımı saniyənin onda biri qədərdir
  • İnsanlar gözlərini bir dəqiqədə 12-dən 17 dəfəyədək qırpırlar
  • Cızılan gözün sağalması üçün 48 saat lazım gəlir
  • İnsan gözündə 137 milyon çöpcük və kolbacıq adlanan hüceyrələr var
  • Gözü idarə edən əzələ insan bədənində ən aktiv əzələdir
  • İnsan gözündəki periferial (yan) görüntülər adətən aşağı keyfiyyətli və demək olar ağ-qara rənglidir

(bbc azəri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button