2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Biz nəyə inanmağa çalışırıq?

Zümrüd Yağmur

Xalq arasında “Bandotdel” adlanan idarədə baş verən işgəncə faktları artıq o həddə çatıb ki, bu idarəni Gestaponun “layiqli” davamçısı adlandırmaq olar.
Məncə, müdafiə etdikləri şəxslərin işgəncə görməsi faktlarına dayanaraq, vəkillər bu idarə haqqında hüququn verdiyi imkanlar daxilində bir soruşturma tələb etməlidirlər. Bilirəm, çoxunuz deyəcəksiniz ki, kimdən kimə şikayət edək ki? Razıyam, amma susmaq da yol deyil…
Keçən gün siyasi məhbus, “7 gün.az” saytınn rəhbəri və artıq 2 ildən çoxdur ki, azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin xalq arasında “Bandotdel” adlanan idarədə gördüyü işgəncə faktları ilə bağlı keçirilən konferansda onun Azərbaycan xalqına müraciətini oxudum. İşgəncələr, dırnaq çıxarılmalar, döyülmələr…
Bir də bir fakt vardı. Ona yedirtmək istədikləri yeməyin içinə tüpürüb zorla ona yedirmək çəhdi…
Mən “Nardaran işi”ndə 6 ay davam edən məhkəmə iclaslarında iştirak etmişəm. Orda danışılan işgəncə faktlarını bəzən sakit dinləmək, əllərini bir-birinə sıxmadan durmaq olmurdu. Həmin idarənin işgəncə verib, hələ üstəlik təşəxxüs satan, “dubinkam sınıb, mənəvi zərər çəkmişəm” deyən əməkdaşlarını dinlədikcə “insan yer üzünün əşrəfidir” deyib, bu inanc uğruna can verən sufilərə acıyırdım doğrusu…
Bir insanın yemənin içinə tüpürüb ona yedirmək istəyənin nə mənəviyyatı da ola bilər ki, o, mənəvi ziyandan da danışsın?!
Bir dindara spirtli içki içirmək üçün işgəncə edən birini bəzən vicdan nağılında baş qəhrəman seçməyə bizi nə vadar edir axı? Biz nəyə inanmağa çalışırıq?
Ya da bəlkə gerçəkləri düzgün dəyərləndirə bilmədiyimizə görə hələ də Azərbaycan iqtidarı ilə anladığı dildə danışa bilmirik?!

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button