2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bizim Ermənistana hücum etmək planımız yoxdur” – İlham Əliyev

Bu yaxınlarda Münhendə kansler Şoltsun təşəbbüsü ilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə sülh prosesinin fəallaşdırılması məsələləri müzakirə olunub. Buna görə bu gün Berlində Ermənistan və Azərbaycan XİN başçılarının görüşü keçirilir. Bu barədə dövlət başçısı İlham Əliyev alman biznesmenlərdən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, Almaniya “alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir”.

Daha sonra o, Avropa İttifaqını ikili standartlarda və qeyri-obyektivlikdə ittiham edib. “Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir”, deyə Əliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Borrelin Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığı haqqında iddialarını təkzib edib.
“Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”, deyə Əliyev sözünə davam edib.

Sərhəddə baş verən sonuncu insidentə toxunan Əliyev qeyd edib ki, bu Azərbaycan hərbiçisinin yaralanmasına cavab tədbiri idi.

Qeyri-obyektiv yanaşma ilə əlaqədar Azərbaycanda çoxları islam dinini çıxış yolu hesab edir, deyə Əliyev bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button