2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Blinken: “NATO-nun qapıları Ukrayna da daxil olmaqla, açıq qalır”

Bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq təsdiqləyiblər ki, Ukraynanın alyansa daxil olması üçün yol “açıq qalır”, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət Departamentində birgə mətbuat konfransı zamanı Blinken qeyd edib ki, Finlandiya və İsveç kimi tarixən neytral ölkələrin daxil olması Vladimir Putinin hərəkətləri sayəsində qaçılmaz olub.

“Əslində, iki il əvvələ qayıtsaq, heç kim bu barədə danışmırdı. Lakin Moskvanın Ukraynaya təcavüzündən sonra hər iki ölkə hiss etdi ki, özlərini müdafiə etməlidirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

Finlandiyanın rekord müddətdə NATO-ya daxil olma prosesi, indi də İsveçin daxil olması  göstərir ki, NATO-nun qapıları açıqdır, o cümlədən NATO üzvü  olacaq Ukrayna üçün”,- Blinken deyib.

Finlandiya və İsveçin NATO-ya daxil olması “Rusiya üçün acınacaqlı bir strateji uğursuzluq oldu”.

“O, NATO-nu məhdudlaşdırmaq istəyirdi, ancaq o, getdikcə böyüyür. O, NATO-nu zəiflətmək istəyirdi, ancaq o, hər zamankindən daha güclü oldu”, – dövlət katibi qeyd edib.

Stoltenberq Rusiyanın təcavüzü fonunda NATO-nun birliyini təsdiqləyib və müharibə bitənə qədər alyansın Ukraynanı dəstəkləyəcəyini təkrarlayıb.

“Bu müharibəyə prezident Putin başlayıb və qonşusuna hücumu dayandırsaydı, bu gün bunu bitirə bilərdi. Eyni zamanda, əgər Ukrayna özünü müdafiə etməyi dayandırsaydı, müharibə bitə bilərdi, amma bu, sülh demək deyil. Bu, Rusiyanın işğalı deməkdir, işğal sülh deyil. Ədalətli sülh prezident Putindən istədiyini almayacağını anlamasını tələb edir” , – Stoltenberq deyib.

“Moskva danışıqlar yolu ilə qərar qəbul etməlidir. Ukrayna bu danışıqlarda  suveren, müstəqil dövlət kimi çıxış etməlidir. Danışıqlar masasında baş verənlər döyüş meydanındakı vəziyyətlə ayrılmaz şəkildə bağlıdır. Ona görə də əgər biz möhkəm, ədalətli sülh istəyiriksə, Ukraynaya daha çox silah və hərbi sursat verməliyik. Ukraynaya silah sülhə gedən yoldur”, – o deyib.

NATO rəhbəri əmin olduğunu bildirib ki, ABŞ Ukraynaya dəstəyi davam etdirəcək. O xatırladıb ki,  Rusiyanın qalib gəlməməsi ABŞ-ın maraqlarına uyğundur.

“Rusiyanın qələbəsi İrana, Şimali Koreyaya və Çinə cəsarət verəcək. Avropa və Amerikanın təhlükəsizliyi üçün bunun baş verməməsi vacibdir. Buna görə Ukraynaya dəstək ABŞ – ın maraqlarına xidmət edir”, – o deyib.

Stoltenberq qeyd edib ki, Ukraynaya yardım NATO üzrə müttəfiqlərlə birgə işdir və bu, xeyriyyəçilik deyil, “öz təhlükəsizliyimizə investisiyadır”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button