2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Blinken və Əliyev ikitərəfli münasibətləri, Qarabağ, COP29 və insan haqlarını müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Azərbaycan prezidenti İlham Əliyev bu gün Münhendə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi üzrə birgə səyləri müzakirə ediblər, Dövlət Departamenti şənbə günü zəbər verib.

“Dövlət katibi əvvəlki danışıqlara əsaslanaraq, ABŞ-ın bu səylərin tamamlanmasına dəstəyini bir daha təsdiqlədi”, Dövlət Departamentinin sözçüsü Metyu Miller dedi.

Blinken ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğuladı və noyabrda Bakıda keçiriləcək COP29 konfransına dəstəyi vurğuladı. Dövlət Departamentinin bəyanatında daha somra deyilir: “Dövlət katibi Azərbaycanın beynəlxalq və insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb”. Dövlət Departamentinin məlumatında bildirilir ki, Blinken həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla “ikitərəfli əlaqələrin gücləndirilməsi və Ermənistan və Azərbaycan arasında uzunmüddətli və şərəfli sülh sazişinin əldə edilməsi üçün səylərin dəstəklənməsini müzakirə etmək” üçün ayrıca görüş keçirib. “Dövlət katibi Ermənistanın öz xalqının firavan və demokratik gələcəyi ilə bağlı baxışını dəstəkləmək üçün davam edən səylərimizi, həmçinin ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib”, Metyu Miller ayrıca bəyanatda bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button