2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bloqqer Lapşinə yeni vəkil

Azərbaycanda həbsdə olan bloqqer Alexander Lapshinə yeni vəkil tutulub.
Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, A.Lapshinin müdafiəsi ilə bundan sonra onun ailəsinin tutduğu vəkil məşğul olacaq.
Səfirlikdən deyiblər ki, bloqqerlə yenidən görüşmək niyyətindədirlər. Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları bundan əvvəl də bloqqerlə görüşüblər.
A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.
Buna da bax: Amnesty International Alexander Lapshinə azadlıq istəyir
Həmin qərar fevralın 7-si gecə icra edilib.
A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.
APA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button