Dünya

BMT Baş katibi, Kraliça Elizabet 11 Sentyabr hücumlarının 20-ci ildönümü ilə bağlı xalqa müraciət edib

Loading...

Birləşmiş Millətlər Təşkilatının baş katibi və Britaniya kraliçası Elizabet ABŞ-a edilən hücumlarda təxminən 3000 adam öldüyü 11 sentyabrın 20-ci ildönümü münasibətilə bəyanatlarla çıxış edib.

BMT-nin Baş katibi Antonio Quterreşin 11 sentyabr terror hücumlarının 20-ci ildönümü münasibətilə verdiyi bəyanat:

“Bu gün dünyanın hər yerində milyonlarla insanın zehnində qaranlıq qalan bir günü anırıq.

Amerika Birləşmiş Ştatlarında terrorçular tərəfindən qorxaq və iyrənc hücumlarla 90-dan çox ölkədən 3 minə yaxın insanın həyatına son qoyulan bir gün. Daha minlərlə insan yaralanıb.

Bu gün düşüncələrim qurbanların və ailələrinin yanındadır. Həyatlarını davam etdirmək üçün fiziki və emosional yara izlərini aşmaq məcburiyyətində qalan sağ qalanlara hörmətimizi bildiririk.

Terrorun silmək istədiyi insanlığın və şəfqətin nümunəsi olan, son fədakarlıqla özlərini təhlükəyə atan ilk yardım göstərənləri edənləri xatirəsini anırıq.

Və 20 il əvvəl beynəlxalq ictimaiyyətin terrorizm olmayan bir gələcəyə yönəlmiş həmrəyliyi, birliyi və qətiyyətini xatırlayırıq.

Bu gün dünyanın hər yerində Nyu York şəhəri, Amerika Birləşmiş Ştatlarının xalqı və bütün terror qurbanları ilə həmrəyik. Onların hüquq və ehtiyaclarını qorumaq üçün birlikdə çalışmağı özümüzə borc bilirik.”

Kraliça Elizabetin kral ailəsinin İnstaqram hesabından yayımlanan 11 Sentyabr 2001-ci il hücumlarının 20-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidentinə mesajı:

“11 Sentyabr 2001-ci ildə baş verən dəhşətli hücumların 20-ci ildönümünü qeyd edərkən mənim, ailəmin və bütün xalqımın düşüncələri və duaları qurbanların, sağ qalanların və zərər çəkmiş ailələrin yanındadır, ilk müdaxilə edənlərin və xilaskarların yanındadır.

2010-cu ildə Dünya Ticarət Mərkəzini ziyarət etməyim yaddaşıma həkk olunub. O ziyarət mənə xatırladır ki, həyatını itirən bir çox millətdən, inancdan və mənşədən olanların xatirəsini andığımız zaman, bərpa üçün bir araya gələn insanların dayanıqlığını və əzmini də ehtiramımızı bildiririk.”

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button