Gündəm
BMT-nin Ali Komissarı təmas xəttində baş verənlərin mülki əhaliyə təsir etdiyini bildirib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərin mülki əhaliyə təsir etdiyini qeyd edib.
APA-nın xəbərinə görə, bu barədə F. Qrandi “Twitter”də bildirib.
“Ermənistan və Azərbaycanın de-eskalasiya çağırışlarını dinləməsi çox vacibdir. Yenidən başlayan döyüşlər ilk qarşıdurmadan 28 il sonra mülki əhaliyə yenidən təsir edir və köçkünlər də daxil olmaqla, hər kəs üçün həll yollarını çox çətinləşdirir”, – deyə Ali Komissar vurğulayıb.