2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

BMT-nin Əhali Fondu: “Azərbaycan ana ölümlərinin sayının xeyli azalması müsbət irəliləyişdir”

“Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, Azərbaycanda ana ölümü əmsalı xeyli azalıb. Bu da müsbət irəliləyişdir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bu fikirləri BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir: “Rəsmi statistikaya görə, abortların sayı da yüksəkdir. Biz Gürcüstanda uşaqlıq boynu xərçəngi ilə mübarizə mövzusunda konfransa qatıldıq. Araşdırmalara görə, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçənginin müalicəsi dövlət səviyyəsində aparılmır. Əgər 2008-2009-cu illərdə Azərbaycanda Milli Ailə Planlaması proqramı qəbul olunsaydı, onda 16,5 olan ana ölümü indi 9,8 ola bilərdi”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button