2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

BMT-nin İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində Azərbaycanla bağlı alternativ dinləmələr keçiriləcək

Martın 15-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində “COP29 ərəfəsində Azərbaycanda media və vətəndaş cəmiyyəti təzyiq altında” mövzusunda paralel tədbir keçiriləcək.

Tədbiri Norveç İnsan Hüquqları Evi Fondu təşkil edir.

Tədbirdə siyasi mühacirətdə olan azərbaycanlı jurnalistlər – Arzu Qeybulla, Leyla Mustafayeva və Norveç İnsan Hüquqları Evi Fondunun nümayəndəsi Keti Abaşidze çıxış edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Fondun məlumatında deyilir ki, ötən ilin noyabrında BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanla bağlı icmala baxıldıqdan sonra ölkədə müstəqil KİV-ə və vətəndaş cəmiyyətinə qarşı təzyiq güclənib. Xüsusən, jurnalistlər və fəallar həbs edilib.

“Sonuncu repressiyalar Azərbaycanda 235 siyasi məhbusun olduğu fonda baş verib. Bu məhbuslardan biri – alim və siyasətçi Qubad İbadoğlu həyati əhəmiyyətə malik tibbi yardımdan məhrum edilir və onun səhhəti ciddi şəkildə pisləşməkdə davam edir”, deyə Fondun məlumatında bildirilir.

Bütün bunlar 7 fevral prezident seçkiləri ərəfəsində baş verib, bir halda ki, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin iqlim dəyişikliyi üzrə Konfransını qəbul etməyə hazırlaşır.

Bütün bunlar Azərbaycanda insan hüquqları və fikri ifadə etmək azadlığı sahəsində vəziyyətlə bağlı ciddi suallar doğurur, deyə İnsan Hüquqları Evi Fondu qeyd edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button