Bizim tərcümə

BMT Təhlükəsizlik Şurasının Myanma qərarı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-22 12:18:43

1 fevral 2021-ci il hərbi çevrilişindən sonra xuntanın rəhbərlik etdiyi və tez-tez insan hüquqlarının pozulması ilə gündəmə gələn Myanma ilə bağlı BMT Təhlükəsizlik Şurasından yeni bir addım gəldi. BMT Təhlükəsizlik Şurası Myanmada zorakılığa son qoyulması və keçmiş lider Aung San Suu Kyi də daxil olmaqla, özbaşına saxlanılan bütün məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Şuranın 12 üzvü ölkənin hazırkı administrasiyasını “demokratik təsisatları dəstəkləməyə və insan haqlarına hörmət etməyə” çağıran qətnamənin lehinə səs versə də, Çin, Rusiya və Hindistan bitərəf qalıb.

“MESAJ GÖNDƏRİRİK”

Saytların yığılması Saytlarin yigilmasi

Səsvermədən əvvəl BMT-nin sözçüsü Stefan Dujarrik deyib ki, BMT-nin baş katibi Antonio Quterreş Myanmada vəziyyətin və insan haqlarının pisləşməsindən “son dərəcə narahatdır”. İngiltərənin BMT-dəki səfiri Barbara Vudvord ölkəsinin hazırladığı layihə ilə bağlı səsvermədən sonra verdiyi açıqlamada, “Bu gün orduya qəti mesaj göndərdik. Bu qərarın tam şəkildə həyata keçirilməsini gözləyirik” dedi. Vudvord həmçinin bildirib ki, onlar “Myanma xalqına öz hüquqlarını, tələblərini və maraqlarını müdafiə etdiklərinə dair aydın mesaj verirlər”.

“PROBLEMİN HƏLLİ MYNMARDAN ASLIDIR”

Çinin BMT-dəki səfiri Zhang Jun səsvermədən sonra verdiyi açıqlamada ölkəsinin hələ də Myanma ilə bağlı narahatlığının olduğunu bildirib. “Qısa yolları olmayan bu problemin həlli kökündən və yalnız Myanmanın özündən asılıdır” deyən Zhang ölkəsinin BMT Təhlükəsizlik Şurasından Myanma ilə bağlı qətnamə deyil, rəsmi bəyanat qəbul etməsini xahiş etdiyini bildirib.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia bildirib ki, Moskva Myanmadakı vəziyyəti beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi görmür və buna görə də bunun BMT Təhlükəsizlik Şurası tərəfindən həll edilməli olduğunu düşünmür.

“İLK ADDIM”

Çevrilişdən əvvəl ölkənin demokratiya tərəfdarı rəhbərliyi tərəfindən təyin edilmiş Myanmanın BMT-dəki səfiri Kyaw Moe Tun bu qərarı “yalnız ilk addım” kimi qiymətləndirib. Moe Tun bəyan edib ki, BMT Təhlükəsizlik Şurası xunta idarəçiliyinə və cinayətlərə son qoymaq üçün daha güclü addımlar atmalıdır.

74 İL SONRA İLK

Sonuncu qətnamənin BMT Təhlükəsizlik Şurasının 74 ildən sonra Myanma ilə bağlı qəbul etdiyi ilk qətnamə olduğu öyrənilib. BMT Təhlükəsizlik Şurasının Myanma ilə bağlı qəbul etdiyi yeganə digər qətnamə BMT Baş Assambleyasına o zaman adı çəkilən Birma ölkəsini üzv kimi qəbul etməyə çağıran 1948-ci il tövsiyəsi olub.

HƏRBİDƏN DEMOKRATİYAYA DÖYÜŞ

Myanmada 8 noyabr 2020-ci il seçkilərində saxtakarlıq edildiyini iddia edərək 1 fevral 2021-ci ildə çevriliş edən xunta ölkənin faktiki lideri Aung San Suu Kyi də daxil olmaqla minlərlə insanı həbs edib. Beynəlxalq ictimaiyyətdə sərt reaksiya ilə qarşılanan anti-demokratiya hərəkatından sonra başlayan kütləvi etirazları xunta rəhbərliyi zorakılıqla yatırtdı və çevriliş əleyhinə nümayişlərdə çoxlu mülki vətəndaş həyatını itirdi. Ən son olaraq xunta keçən ay 6000 nəfərə amnistiya verib və amnistiya qərarına məruz qalan adlar arasında Suu Kyinin keçmiş müşaviri, avstraliyalı iqtisadçı Şon Turnel, Britaniyanın keçmiş səfiri Viki Bouman və onun həyat yoldaşı, Myanmalı rəssam Htein Lin, həmçinin ABŞ vətəndaşı Kyaw Htay Oo və yapon jurnalist Toru Kubotanın da olduğu bildirilir. Myanmada mülki hökumət kimi tanınan çevriliş əleyhinə Milli Birlik Hökumətinin (NUG) nümayəndəsi Htin Linn Aunq amnistiya qərarını “aldatma” kimi qiymətləndirib. Linn Aung, bu cür hərəkətlərlə xunta
Beynəlxalq ictimaiyyəti müsbət dəyişdiyinə inandırmağa çalışdığını bildirərək, dünyanı “ehtiyatlı olmağa” çağırıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button