2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Böhran kabinetinin inkişaf nağılı

Yaxud, imitasiya siyasəti davam edəcək

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.  Əslində, belə bir şəraitdə keçirilən iclasda ölkədəki ağır vəziyyət müzakirə olunmalı, ciddi islahatların anonsu verilməli, xalqı səfil vəziyyətdən çıxarmağın yolları axtarılmalıdır. Yəni, böhranın at oynatdığı ölkədə hökumətin özünütənqidi qırmızı xəttlə keçməlidir. Amma yenə də bu baş vermədi. Ölkə başçısı həmişəki kimi bütün sahələrdəki uğurlardan danışıb, dünyada ən yaxşı göstəricilərin Azərbaycanda olduğunu diqqətə çəkib, yoxsulluğun və işsizliyin minimuma endirildiyini diqqətə çatdırıb.  Bəli, neftin 120 dollar olduğu zamanlarda, büdcənin 25 milyard dollara qalxdığı dövrlərdə, xarici borcun az olduğu vaxtlarda hansı arqumentlər önə çıxarılırdısa, son iclasda da eyni arqumentlər qüvvədə qalıb. Yəni, böhran büdcəyə, iqtisadiyyata, xalqın həyat şəraitinə təsir etsə də, hökumətin optimziminə təsir etməyib.  Ölkə başçısı onu da qeyd edib ki, son 3 ayda 85000 yeni iş yeri açııb, qeyri-neft sektorunda artım müşahidə olunub. Hətta valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfə çox olmasını inkişafın “göz muncuğu” kimi təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlum iclasda səsləndirilən fikirlərə nəzər salanda aydın görünür ki, hökumətin islahat aparmaq, yaranmış vəziyyətdən çıxış yolları axtarmaq, vətəndaşın qolundan qaldırmaq fikri yoxdur. Sadəcə olaraq imitasiya davam edəcək, 5-10 faizin həyat şəraitini ümumu xalqın rifahı kimi göstərəcəklər.

10 ildən artıqdır ki, ölkə başçısı süni qiymət artıranları, harın məmurları hədələyir, qənaətdən, israfçılıqla mübarizədən danışır. Son iclasda da qiymət artımıyla mübarizədən danışıb. Amma 2 gün əvvəl 8 qəpiyə endirilmiş yumurta, məlum iclasın keçirildiyi vaxtlarda 15 qəpiyə qalxdı. Birinci devalvasiyadan bugünə qədər bütün məhsulları qiyməti 50-60 faiz qalxdığı halda, ölkə başçısı qiymət artımlarıyla mübarizədən danışır. Yaxud, ötən müddət ərzində işığın, qazın, suyun qiymətinin fantastik həddə bahalaşmasına baxmayaraq, ölkə başçısı vətəndaşa qayğıdan söhbət açıb.  Yeri gəlmişkən, ölkə başısı onu da qeyd edib ki, Azərbaycanda qazlaşmanın səviyyəsi 92 faizdir. Amma təkcə xəbər saytlarına nəzər salsaq görərik ki, bu qış ölkə vətəndaşlarının ən böyük arzusu normal qaz əldə etmək olub. Hər gün hansısa rayonun ərazisində qaz verilişi dayandırılıb, qazın təzyiqə cüzi olub və nəticədə insanlar soyuq qışla üz-üzə buraxılıb. Hansıki, qazın qiymətinin 100 faiz qalxmasından sonra, qaz verilindəki maneələr aradan qaldırılmalıydı. Bunun əvəzinə xəbər tutduq ki, hökumətimiz Gürcüstanda daha 19 kilsəyə pulsuz qaz verəcək.

Ümumiyyətlə, ötən ilin sonları və bu ilin əvvəlin əolan rəqəmlərə istinad etdikdə, bütün sahələrdə tənəzzül yaşandığı aydın görünür. İri marketlərin və bankların  bağlanması, xarici şirkətlərin ölkəni sürətlə tərk etməsi, problemli kreditlərin həcminin artması, qiymətlərin kəskin bahalaşması, kütləvi intihar halları, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, 600-dən artıq iş adamının vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulması, iqtisadiyyata sərmayə qoyuluşunun azalması, təqaüdlərin gecikdirilməsi və digər faktlar göstərir ki, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə pisləşir. Eyni zamanda ötən müddət ərzində Azərbaycanın adı yenə də qara siyahılara düşdü. Yüzlərlə ölkənin adının yer aldığı reytinq cədvəllərində Azərbaycan sonuncu yerlərdən boylandı. Hətta qonşu Gürcüstan və Ermənistanın göstəriciləri Azərbaycandan yüksək oldu. Minlərlə vətəndaş ölkədən qaşmağın yollarını

Amma hökumət komandası xalqa sübut etməyə çalışır ki, bütün bu neqativ bolluğu inkişafın göstəricisidir. Bəli, İlham Əliyev 116 manat minimum əməkhaqqı alan, bankların girovuna çevrilən  vətəndaşa “uğurlu siyasət” müjdəsi verir.

Müxtəsər, ölkə başçısı vəzir-vəkilini başına toplayıb, “inkişaf nağılı” serialının növbəti hissəsini çəkdi. Hökumətimiz analoqsuzlardan ibarət olduğuna görə yaratdıqları inkişaf da gözəgörünməzdir. Bəli, gecə-gündüz haqqında danışdıqları inkişaf 24 ildir Əlinin, Vəlinin, Fatmanisənin gözünə görünmür. Bu inkişafı ancaq neft pullarıyla  “nihah”a girənlər görə bilir.

 

Akif

 

 

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button