2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Borcu qurtarsa da, bank evin sənədlərini vermir – VİDEO

Mingəçevir sakini evini girov qoyub kredit götürdüyü bankdan borcunu qurtarsada sənədləri ala bilmir. Hətta evin sənədlərinin qaytarılmasına görə məhkəmədən də qərar çıxıb. Bəs bank buna nəyi səbəb gətirir?
Bankdan 4 il əvvəl baldızı üçün 36 min dollar kredit götürən Mingəçevir sakini 2 il sonra borcunu bağlasa da girov qoyduğu evin sənədləri ger verlmr..
Bəxtiyar Rəsulov baldızı Samirə Quliyevanın adına Bankdan kredit götürüb. 2 il ərzində həmin məbləğ ödənib qurtarsa da bank evin sənədlərini qaytarmır. Məsələ ilə bağlı Bəxtiyar Rəsulov dəfələrlə banka müraciət etsə də istəyinə nail ola bilmir. Problemin həlli üçün məhkəməyə də müraciət edib.
Bəxtiyar Rəsulovun sözlərinə görə, bank evin sənədlərini baldızı Samirə Quliyevanın həmin bankdan yenidən ipoteka krediti götdüyünə görə qaytarmır. Baxmayaraq ki, yeni götürülən kreditlə həmin sənədlərin əlaqəsi yoxdur. (xezerxeber)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button