2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Böyük Azərbaycan Partiyasının sədrinin prezidentliyə namizədliyi irəli sürülüb

Bakı/17.12.23/Turan: Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə partiyanın Siyasi Şurası qərar qəbul edib.

BAP 2003-cü il mayın 11-də təsis edilib. 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra 2023-cü ildə təkrar dövlət qeydiyyaına alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Elşad Musayevin 2003-cü ildə prezident seçkilərində də namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki komissiyası onun namizədliyini qeydə almayıb.

O son 5 parlament seçkilərində də deputatlığa namizəd olub. Rəsmi məlumata görə, hər dəfə dairə üzrə ikinci səs toplayan namizəd olub.

Elşad Musayev1963-cü il sentyabrın 5-də Ermənistranın Alaverdi rayonundan anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Dörd övladı var.

Musayev prezidentliyə namizədliyi irəli sürlən 4-cü namizəddir. İndiyədək hazırki prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları, – Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.-03-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button