Loading...
Loading...
Xəbərlər

Böyük Britaniya ATƏT-in Forumunda Azərbaycanın prioritetlərini dəstəkləyir

Bakı/21.01.22 “Böyük Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna uğurlu sədrliyi üçün onunla qarşılıqlı fəaliyyətə hazırdır”. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter-dəki mikrobloqunda yazıb.

“Biz silahlara nəzarət sahəsində və “Qadınlar sülh və təhlükəsizlik naminə” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın prioritetlərini dəstəkləyirik. 

Biz səbrsizliklə Azərbaycanın “Fəaliyyət planı”nı həyata keçirməsini gözləyirik”, deyə səfir qeyd edib.

* ATƏT-in Forumu Avropada təhlükəsizliyin və hərbi sahədə sabitliyin artırılması üzərində işləyir və ATƏT iştirakçılarının bəzi fundamental hərbi-siyasi sazişlərini əhatə edir.

Forum etimadın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirlərinə riayət olunmasına yardım edir, hərbi informasiya mübadiləsini və qarşılıqlı yoxlamalar həyata keçirilməsini tənzimləyir, həmçinin təhlükəsizlik qüvvələrinə demokratik nəzarəti təmin edir. -16D-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button