2022-10-24 13:51:05
“Rusiya İranın pilotsuz uçuş aparatlarından (PUA) Ukrayna daxilindəki hədəflərə qarşı istifadə etməyə davam edir”, – kəşfiyyat hesabatında deyilir. Ukraynanın Şahed-136 PUA-larına qarşı mübarizəsi getdikcə daha uğurlu olur. Prezident Zelenski də daxil olmaqla rəsmi mənbələr hücumların 85%-nin qarşısının alındığını bildirir. Bu PUA-lar yavaş, səs-küylüdür və aşağı hündürlükdə uçur, bu da hava hücumundan müdafiə vasitələrinin nişan almasını asanlaşdırır. “Rusiya getdikcə daha yaxşı olan Ukrayna hava hücumundan müdafiə sisteminə nüfuz etmək üçün İranın “Şahed-136” pilotsuz təyyarələrini çoxlu xərcləyir”, – deyə bəyanatda bildirilir.
Tərcümə“24 SAAT”