Bizim tərcümə

Böyük Britaniya Kral Donanması: “Oman körfəzində İran istehsalı olan qaçaqmal silahları ələ keçirdik”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-02 16:24:13

class=”medianet-inline-adv”>

Britaniyanın Kral Donanması keçən ay açıqlamışdı ki, ABŞ kəşfiyyat təyyarəsi gecə saatlarında Oman körfəzində beynəlxalq sularda İrandan cənuba yüksək sürətlə hərəkət edən bir gəmi aşkar edib.

Saytların yığılması Saytlarin yigilmasi

İngiltərə donanmasına aid helikopterin də təqib etdiyi gəminin İran ərazi sularına doğru istiqamətini dəyişməyə çalışdığı, lakin ingilis dənizçiləri tərəfindən qarşısının alındığı bildirilib.

Açıqlamada, dayandırılmış gəmidə İran istehsalı olan tank əleyhinə idarə olunan raketlər və orta mənzilli ballistik raketlərin hissələri də daxil olmaqla qaçaqmal silahların ələ keçirildiyi bildirilib. Britaniya Müdafiə Nazirliyi məsələnin BMT rəsmilərinə göndərildiyini açıqlayıb.

Britaniyanın müdafiə naziri Ben Uolles Kral Donanmasının Körfəz regionunda daimi mövcudluğunun Britaniyanın beynəlxalq hüququn qorunması səylərini və bütün dünyada sülh və təhlükəsizliyi təhdid edən fəaliyyətlərlə mübarizə öhdəliyini dəstəklədiyini bildirib.

Britaniya donanması keçən il Oman körfəzində iki gəmidən qeyri-qanuni İran istehsalı olan silahları ələ keçirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button