2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Böyük Britaniyada terror 19 nəfərin ölümünə səbəb olub

Britaniyanın baş naziri Theresa May mayın 22-də gecə Mançester şəhərində baş vermiş partlayışı “dəhşətli terror aktı” kimi pisləyib və qurbanların yaxınlarına başsağlığı verib.

Bundan əvvəl Britaniya polisi İngiltərənin Mançester şəhərindəki Manchester-Arena idman-konsert kompleksində baş vermiş partlayış hadisəsini terror aktı adlandırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Polis partlayış nəticəsində azı 19 nəfərin həlak olduğunu və daha 50 nəfərin yaralandığını bildirib.

Partlayış baş verəndə stadionda ABŞ müğənnisi Ariana Grande-ın konserti yenicə başa çatmışdı.

Mançester polisi adamları hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisə yerinə çox sayda ambulans və polis maşını yığılıb.

Partlayışının ardınca tamaşaçılar arasında hay-küy və qaçaqaç başlandığı xəbər verilir. Britaniya mediası hadisə yerindən videoları verir.

Reuters agentliyi iki ABŞ rəsmisinə istinadən bildirir ki, ilkin əlamətlər partlayışın intiharçı tərəfindən törədildiyini göstərir.

Britaniya rəsmiləri bu xəbəri hələlik təsdiq etməyiblər.

Əgər hadisənin terror hücumu olduğu təsdiqlənərsə, bu, Britaniyada 2005-ci ilin 7 iyul terror basqınından sonra törədilmiş ikinci ən böyük terror zərbəsi sayılacaq. 2005-ci ildə törədilmiş bomba partlayışlarında 52 nəfər həlak olmuşdu.

1995-ci ildə istifadəyə verilmiş Manchester Arena kompleksi Avropada ən böyük konsert-idman zalıdır. Buradakı tribunalar 21 min tamaşaçı tutur.

Ariana Grande-ın konsertində tribunalar dolu idi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button