Bizim tərcümə

Braziliya prezidenti Lula ordu rəisi Arrudanı vəzifəsindən azad edib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-22 11:55:47

class=”medianet-inline-adv”>

Braziliyada minlərlə keçmiş prezident Jair Bolsonaro tərəfdarının yanvarın 8-də Milli Konqresə, Federal Ali Məhkəmənin Baş Məclisinə və paytaxt Braziliyada Planalto Sarayına basqınının əks-sədası davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Silahlı qüvvələrin üzvlərinin etirazçılarla əməkdaşlıq etməsindən şübhələndiyini deyən Braziliya prezidenti Luiz İnasio Lula da Silva ordu komandanı general Julio Sezar de Arrudanı vəzifəsindən azad edib.

Oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş prezident solçu Luiz İnasio Lula da Silva 50,9 faiz, ifrat sağçı Jair Bolsonaro isə 49,1 faiz səs toplayıb.

Bolsonaronun minlərlə tərəfdarı seçkilərin saxtalaşdırıldığını iddia edərək və Lulanın hakimiyyəti ələ keçirməsinə qarşı hərbi müdaxiləyə çağıraraq, ötən yanvarın 8-də Ali Məhkəməyə, Konqresə və Prezident Sarayına hücum edib.

class=”medianet-inline-adv”>

Bolsonaronun qardaşı oğlu, “Leo İndio” ləqəbli Leonardo Rodrigues de Jesus da daxil olmaqla 1800 nəfər basqında iştirakına görə saxlanılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button