2023-02-25 12:07:21
Braziliyanın cənub-şərqində təsirli olan şiddətli yağışlardan sonra Sao Paulo əyalətində baş verən sel və torpaq sürüşməsi fəlakətində balans daha da ağırlaşır.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada sel və sürüşmə fəlakətində həyatını itirənlərin sayının 57-yə yüksəldiyi bildirilib. Sao Paulo əyalət rəsmiləri axtarış-xilasetmə və yol təmizləmə işlərinin davam etdiyini, bölgədə güclü yağışların gözlənildiyini açıqlayıb. 4000-ə yaxın insan əlverişsiz hava şəraiti səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Dünən Braziliya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Sao Sebastiaoya gəlib və müxtəlif yardım ləvazimatları gətirib. İçərisində helikopter və müxtəlif maşınların da olduğu gəmi səhra xəstəxanası kimi xidmət göstərəcək.
Tərcümə“24 SAAT”