2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Britaniya və Fransa qarşılıqlı ultimatum verirlər

Britaniya Fransaya iki ölkə arasında balıqçılıq sahəsində davam edən qarşıdurmadan çəkilməsi üçün 48 saatlıq ultimatum verib.

Ötən həftə Fransa La Manşda molyusk ovlayan Britaniya gəmilərindən birini həbs edib.

London bildirir ki, Paris bu qarşıdurmadan geri çəkilıməsə, Britaniya Avropa İttifaqı ilə imzaladığı müqavilədə nəzərdə tutulan cəza tədbirlərinə əl atacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Paris öz növbəsində bildirir ki, gəmi Fransanın ərazi sularında həbs olunub və Fransa noyabrın 2-dən Britaniyaya sanskiyalar tətbiq edə bilər.

Reuters yazır ki, Paris sanksiyalar dedikdə ilk növbədə Britaniyadan gətirilən malların sanitar yoxlanışının sərtləşdirilməsini və bir sıra Fransa portlarının Britaniya gəmiləri üçün bağlanmasını nəzərdə tutur.

48 saat

Britaniyanın xarici işlər naziri Liz Tras deyib ki, Fransa tamamilə “əsassız təhdidlərə” əl atır:

“Fransızlar ədalətsiz davranırlar. Bu cür hərəkətlər ticarət razılaşmasında nəzərdə tutulmayıb. Və əgər kimsə ticarətdə ədalətsiz hərəkət edirsə, qarşı tərəf də əks-hərəkət etməli və cavab tədbirləri görməlidir. Əgər fransızlar geri çəkilməslər, biz məhz belə edəcəyik”.

Xanım Tras deyib ki, “ədalətsiz mövqeyindən” geri çəkilməsi üçün Fransaya 48 saat vaxt verilir.

Britaniya və Fransa arasındakı onilliklərdir ki, balıqçılıq ərazilərinə görə vaxtaşırı qarşıdurmalar yaranır.

Ötən sentyabrda Fransa Britaniyanı fransız balıqçılara Britaniya sahillərinin 11-22 kilometrlik zolağında ov etmək üçün lisenziyalar verməməkdə ittiham etmişdi.

Britaniya isə cavab verir ki, o belə lisenziyaları yalnız əvvəlllər bu ərazidə ov etdiyini təsdiqləyə bilən gəmilərə verir.

Britaniyaya “dərs vermək”

Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Boris Conson Romada keçirilən G20 sammitində ayaqüstü görüşərək bu məsələni müzakirə etsələr də, razılığıəa gələ bilməyiblər.

Conson deyib ki, o Parisin Avropa İttifaqına göndərdiyi məktubu oxuyanda “mat” qalıb.

Bu məktubda Fransanın baş naziri Jan Kasteks yazıb ki, Avropa İttifaqı Britaniyaya “ittifaq tərkibində qalmaqla ondan çıxmağın fərqini” nümayiş etdirməlidir.

Britaniya 2016-cı ildə keçirdiyi referendumda Avropa İttifaqından çıxmaq qərarı qəbul edəndən bəri Londonla Paris arasında münasibətlər gərginləşib.

Britaniyanın bu yaxınlarda ABŞ və Avstraliya ilə ayrıca hərbi pakt bağlaması bu qarşıdurmanı daha da gücləndirib.

Britaniyanın xarici işlər naziri Tras deyib ki, o Parisin belə inadkarlığını Fransada gələn il keçiriləcək prezident seçkisi ilə əlaqələndirir.

Balıqçılıq Avropanın bu iki iqtisadiyyatında kiçicik bir paya malik olsa da, bu sənayenin sahil əhalisi üçün böyük həyati əhəmiyyəti var.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button