Dünya

Britaniyada parlament üzvü qətlə yetirilib

Loading...

Britaniyada bir parlament üzvü cümə günü kilsədə bir neçə dəfə bıçaqlanandan sonra həyatını itirib. Polis şənbə günü bunun terror hücumu olduğunu bildirib.

69 yaşlı Deyvid Amess Mühafizəkarlar Partiyasının üzvü idi və İngiltərənin Esseks mahalında Soutend Vest bölgəsini təmsil edirdi. O cümə günü Britaniyanın şimalında seçicilərlə görüş üçün getdiyi yerdə bıçaqlanıb.

Metropoliten Polisi şənbə günü yaydığı açıqlamada bildirib ki, istintaq hələ ki, erkən mərhələdə olsa da, “islamçı ekstremizmlə əlaqədar potensial motivin olduğunu üzə çıxarıb.”

Polis nəzarətə alınan 25 yaşlı şübhəli şəxsin kimliyini açıqlamayıb.

“Bu gün bizim qəlblərimiz Cənab Deyvid Amessin ölümü səbəbilə şok və kədərlə doludur,” Britaniyanın Baş naziri Boris Conson deyib. O, Amessi “siyasətdəki ən mehriban, yaxşı və incə insanlardan biri” adlandırıb və onun heyvanlara qarşı işgəncələrə son qoymaq səylərini vurğulayıb.

1983-cü ildən bəri parlament üzvü olan Amess evli idi və beş övladı var idi.

Amess son beş ildə öldürülən ikinci parlament üzvüdür. Co Koks beş il öncə seçicilərindən biri olan ultra-sağçı ekstremist tərəfindən öldürülmüşdü.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button