2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Brüssel görüşü: Azərbaycan məsələni dünya siyasətinin tərkib hissəsinə çevirməyi bacarıb” – RƏY

“Azərbaycan-Ermənistan münasibətləri dünya liderlərinin diqqətindədir. Bunlar heç də regionda problemi həll etmək naminə deyil. Bütün bunlar vaxtilə Ulu Öndərin, indi isə cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində baş verib. Yəni Azərbaycan sözügedən məsələni dünya siyasətinin tərkib hissəsinə çevirməyi bacarıb”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib, artıq altıncı dəfədir ki, Brüsseldə Avropa İttifaqı rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Ermənistan liderləri arasında görüş keçirilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Bundan əvvəl intensiv şəkildə ABŞ-da dövlət katibinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. Bu günlərdə isə Rusiya Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə regiondakı vəziyyətlə bağlı sammit keçirilməsi təklifini irəli sürüb. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətləri dünya liderlərinin diqqətindədir. Bunlar heç də regionda problemi həll etmək naminə deyil. Bütün bunlar vaxtilə Ulu Öndərin, indi isə cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində baş verib. Yəni Azərbaycan sözügedən məsələni dünya siyasətinin tərkib hissəsinə çevirməyi bacarıb”.

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

“Hər hansı məsələ bizim torpaq itkimizə gətirib çıxara bilməz. Baxmayaraq ki, Ermənistan vaxtaşırı suverenliyimiz, sərhədlərimizin dəyişdirilməsi, ölkəmizin daxili işləri ilə bağlı mövqe bildirməyə, həmin məsələlərə müdaxilə etməyə çalışıb. Amma Azərbaycan bunları qətiyyətlə rədd edir. Azərbaycan Ermənistanı özünün ərazi bütövlüyü kontekstində məsələləri müzakirə etməyə məcbur edib. Müzakirə edilən mövzular bu gün Ermənistanın da marağındadır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Ermənistanda inkişaf üçün bir əsas ola bilər. Həmçinin, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın inkişafına və dünyaya çıxışına kömək edəcək. Ermənistan istər-istəməz şüuraltı bütün bunların olduğunu özü üçün yəqin edir. Ancaq hələ də həm Ermənistan müxalifətində, həm də iqtidarında vəziyyəti Vətən müharibəsindən əvvəlki vəziyyətə dəyişmək cəhdləri də vaxtaşırı edilir”, – deputat əlavə edib.

“Bunların isə qarşısı qətiyyətlə alınır. Diqqəti cəlb edən, bu dəfə müzakirə edilən mövzularda Qərbi Azərbaycandan vaxtilə zorla çıxarılmış əhalinin öz dədə-baba yurdlarına qayıtmaları məsələsidir. Ermənistan bilməlidir ki, Azərbaycan bu problemi də diqqətdə saxlayır və xalqımızın bir hissəsinin öz tarixi torpaqlarında yaşamaq hüququnu həmişə müdafiə edəcək. Azərbaycanın mövqeyi, göründüyü kimi, beynəlxalq hüquq normalarına və suverenlik hüquqlarına tamamilə uyğundur. Ermənistanla danışıqlar zamanı ancaq və ancaq ərazi bütövlüyümüzün Ermənistan tərəfindən təkcə sözdə deyil, eyni zamanda, sənədlərdə də qəbul edilməsi əsas götürülür”, – o qeyd edib.

A.Mirzəzadə vurğulayıb ki, Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhəd bütövlüyünü təmin edib:

“Azərbaycan ərazilərinə giriş-çıxış ancaq və ancaq Azərbaycan qanunlarına uyğun aparıla bilər. Görüşdə konkret nəticələr əldə edilməsə də, Ermənistan bir daha Azərbaycanın mövqeyini bildi. Azərbaycan Ermənistanla sülh müqaviləsini bağlamağa hazırdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button