Fransa Meteorologiya İnstitutunun (Meteo-France) verdiyi açıqlamaya görə, Fransa 1945-ci ildən bəri ən isti oktyabr ayını yaşadı.
Bu ay ölkə üzrə havanın temperaturu orta hesabla 17 dərəcə, havanın temperaturu isə mövsüm normalarından 4-5 dərəcə yüksək olub.
Oktyabrın ikinci yarısında Fransada da qeyri-adi isti dövr qeydə alınıb.
Korsika adasının Fiqari kəndində oktyabrın 23-də havanın temperaturu 32,5 dərəcəyə, ölkənin cənubundakı Bordo şəhərində isə oktyabrın 16-da 30 dərəcəyə çatıb. (AA)
Tərcümə“24 SAAT”