2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Bu, film deyil, bu, real həyatdır”

Yunanıstanın Evia adasında bazar günü altıncı gündür davam edən meşə yanğınlarının qarşısını almaq mümkün olmadığı üçün minlərlə insan evlərini tərk etməli olub, insanlar dəniz yolu ilə təhlükəsiz yerlərə daşınıb. Bərələr daha çox evakuasiya üçün hazır vəziyyətdə gözləyib.

Yunanıstanın ikinci ən böyük adası olan Eviada baş verən yanğın qısa müddətdə bir neçə əraziyə yayılıb və adanın şimal hissəsində minlərlə hektar meşə sahəsini yandırıb və onlarla kəndin boşaldılmasına səbəb olub.

Alovlar beş kənddəki evləri bürüsə də, dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Evakuasiya edilən Mina adlı 38 yaşlı hamilə qadın tüstünü bürümüş Pefki şəhərindəki limanda xilasetmə gəmisinə mindikdən sonra “bu, qorxulu bir film kimi idi” deyib.

“Lakin bu, film deyil, bu, real həyatdır, son bir həftədir birlikdə yaşadığımız dəhşətdir” – deyə, o bildirib.

Ölkənin bir çox yerində bir həftədir davam edən istilik dalğası Yunanıstanda son otuz ilin ən pis hava şəraiti – temperaturun yüksək olması və isti küləklər yanğınlar üçün şərait yaradıb. Ölkə boyu meşə sahələri yanıb, onlarla ev və biznes dağılıb.

Çərşənbə günündən bəri Eviadan əksəriyyətl yaşlı insanlar olmaqla, 2 min insan evakuasiya edilib.

Digərləri isə kəndlərindən alovlanmış ağacların kəsdiyi yollardan keçərək, gecə piyada qaçmalı olub.

Yunanıstan yanğınların söndürülməsinə yardım üçün ordunu da göndərib. Fransa, Misir, İsveçrə və İspaniya da daxil olmaqla, bir çox ölkə yanğınsöndürmə təyyarələrinin köməyi ilə yardıma gəlib.

Evia adasının şimalında və cənubunda yanğınla 570-dən çox yanğınsöndürən mübarizə aparır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button