2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

‘Bu gün Rusiya yeganə ölkədir ki,…’

Dünən, iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Kremlin internet saytının məlumatına görə, Vladimir Putin görüş zamanı ikitərəfli iqtisadi məsələlərlə yanaşı regiondakı vəziyyətin tənzimlənməsindən də danışıb.

«Bilirəm ki, siz bu məsələyə böyük diqqət və əhəmiyyət verirsiniz. Sizə kompromis həllər tapıldığına görə təşəkkürümü bildirmək istəyirəm. Bunlar (kompromislər – red) həmişə mürəkkəb məsələdir, amma əgər biz tənzimləmə istəyiriksə, bizsə bunu istəyirik, bu yolla getməliyik…», deyə O qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs Azərbaycandakı təhlilçilər bu səfərin nə kimi mümkün nəticələrini proqnozlaşdırırlar? Söhbət hansı kompromisdən gedə bilər?

«Rusiyanın proseslərə… təsir imkanları genişdir»

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov «Turan» Agentliyinə bildirib ki, görüşdə tərəflər həm siyasi dialoq, həm də iqtisadi münasibətlər səviyyəsindən razılıq ifadə etdilər.

Onun sözlərinə görə, görüşdə daha çox iqtisadi məsələlər müzakirə olunsa da, sözügedən səfər çərçivəsində əsas diqqət mərkəzində saxlanılan məsələ post-konflikt reallıqlarla bağlıdır :

«Əlbəttə ki, Rusiyanın proseslərə və xüsusilə Ermənistana təsir imkanları genişdir».

Elman Nəsirov, arxiv foto

Komitə üzvü qeyd edib ki, kompromis məsələsinə gəlincə, burada Azərbaycan tərəfinin əsas nəzərdə tutduğu məsələ Ermənistanla sülh müqaviləsinin inzalanması ilə bağlıdır :

«Çünki ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edib, amma Ermənistan tərəfdən hələ ki, müsbət cavab gəlmir. Nəyinki, müsbət cavab gəlmir, bir çox hallarda yenidən sərhəddə atəşkəs rejimi pozulması kimi hallar qeydə alınmaqdadır».

«Proses çox zəif getməkdədir və bir çox hallarda donmuş vəziyyətdədir»

E.Nəsirov vurğulayıb ki, məhz Rusiya Prezidentinin iştirakı ilə imzalanmış 10 noyabr və 11 yanvar sənədlərdə kommunikasiyaların bərpasından söhbət gedir :

«Lakin üçtərəfli işçi qrupun yaradılmasına baxmayaraq proses çox zəif getməkdədir və bir çox hallarda donmuş vəziyyətdədir. Kommunikasiyaların bərpası məsələsində Rusiyanın Ermənistana təsir imkanları genişdir və təbii ki, bu məsələ həm də Rusiyanın maraqları çərçivəsindədir».

Onun sözlərinə görə, minalanmış ərazilərinin xəritələrin verilməsi məsələsi gündəmdədir:

«Bu məsələdə müəyyən addımlar atılıb, amma bunlar yetərli deyil. Hələ də bizim ərazilərimizin bir hissəsi minalanmış vəziyyətdə qalmaqdadır».

«İstisna deyil ki, Ermənistanın güzəştləri fonunda bu istiqamətdə növbəti addımlar atılsın».

Deputat hesab edir ki, bu istiqamətdə də müəyyən addımlar atıla bilər :

«Azərbaycanda saxlanılan diversantların (Söhbət Azərbaycanda tutulan və sonradan Ermənistana təhvil verilən bu ölkənin hərb iqulluqçularından gedir.Azərbaycan məhkəmələri onların bir çoxu haqqında əvvəl verilən terror və başqa ağır cinayətlərlə bağlı ittihamı dəyişdi. Onlar yalnız sərhəddi qanunsuz keçməkdə təqsirli sayıldılar-red ) məhz humanizm prinsiplərindən çıxış edərək Ermənistana təhvil verilməsi ilə bağlı müəyyən addımlar atılıb. İstisna deyil ki, Ermənistanın güzəştləri fonunda bu istiqamətdə növbəti addımlar atılsın».

E.Nəsirovun fikrincə, bu, bütövlükdə çox əhəmiyyətli səfər olub .O qeyd edib ki, birbaşa Azərbaycan və Ermənistan Prezidentlərinin görüşləri, siyasi dialoqu yoxdur:

« Belə vəziyyətdə Rusiyanın imkanlarından istifadə etmək çox əhəmiyyətlidir. Əslində Azərbaycan Prezidentinin Vladimir Putinə söylədikləri və Azərbaycanın mövqeyi Ermənistana çatmış olacaq. Bütün bunlar Rusiyanın maraqlarına cavab verir deyə, istisna deyil ki, danışıqların məntiqli nəticəsi olaraq Ermənistanı tutduğu mövqedən geri çəkilməsi və əməkdaşlıqla bağlı söz verdiyi real addımlar atması üçün münbit şərait formalaşa bilər».

«Bu ölkənin prezidentinin dəvəti ilə… »

Elxan Şahinoğlu, 3 avqust 2009

Elxan Şahinoğlu, 3 avqust 2009

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu-nun isə AzadlıqRadiosuna qeyd etməsinə görə, 10 noyabr, 11 yanvar bəyanatların müəllifi Rusiyadır və açıq demək lazımdır ki, 44 günlük müharibəsini Rusiya dayandırıb:

«Rusiya müharibəni dayandırmaqla əslində Ermənistanı tam məğlubiyyətindən xilas etdi. Bu gün Rusiya yeganə ölkədir ki, bu ölkənin prezidentinin dəvəti ilə həm Ermənistanın Baş naziri, həm də Azərbaycanın Prezidenti Moskvaya gedib müzakirələri aparmağa hazırdılar».

Ekspertin sözlərinə görə, Kreml bundan istifadə edib:

«Bu günlərdə Ermənistanın Baş nazirinin səhahiyyətlərini icra edən Nikol Paşinyan parlament seçkilərindən sonra Moskvada oldu və Vladimir Putin balans pozulmasın deyə bu dəfə Azərbaycan Prezidentini işgüzar səfərə dəvət etdi. Görüşdə Putin İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik etdi, sonra dedi ki, iki ölkənin diplomatik münasibətlərin qurulmasının 30 illiyi gələn il qeyd ediləcək, iqtisadi münasibətlərdən məmnun qaldığını söylədi amma sonra keçdi əsas məsələyə».

Onun fikrincə, V.Putinin İlham Əliyevə kompromis qərarlarına görə təşəkkür etməsi «məsələlərin həllini istəyirsinizsə belə qərarlar olmalıdır» deməkdir :

«Azərbaycan tərəfinin kompromisi odur ki, məğlub tərəf olan Ermənistana sülh müqaviləsini imzalaması üçün təzyiq etmir. Qalib ölkə kimi bizim tələblərimiz bəllidir – Laçın dəhlizi bizim nəzarətimizə keçməlidir, Qarabağda separatçılar tərksilah olunmalıdır, Qazaxın yeddi və Naxçıvanın bir kəndi Azərbaycana qaytarılmalıdır və Zəngəzur dəhlizi ( Ermənistanın Sünik rayonu) işə düşməlidir. Bunların heç biri hələ ki, baş verməyib».

«Rusiya şirkətlərini bölgədə çalışmalara dəvət edib»

E.Şahinoğlu vurğulamasına görə, cavab nitqində İlham Əliyev də bölgədəki vəziyyətlə bağlı müəyyən maraqlı fikirlər söyləyib:

«O, «münaqişədən sonrakı dövr» ifadəsini işlətdi. Aydındır ki, indi Azərbaycanın əsas vəzifəsi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək, sərhədləri müəyyənləşdirmək və Qarabağda fəaliyyətini davam etdirməkdir. Ola bilsin İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə Qarabağda aparılan quruculuq işləri barədə Kremli xeyli məlumatlandırıb və Rusiya şirkətlərini bölgədə çalışmalara dəvət edib».

Lakin politoloq hesab edir ki, səfirinə Şuşaya getməyə qadağan edən bir ölkənin rəhbərliyinin şirkətlərə işğal altından azad olunmuş ərazilərdə fəaliyyət göstərmək üçün yaşıl işıq yandıracağını gözləməyə dəyməz:

«Amma ən əsası odur ki, Rusiya Qarabağda qayda-qanun yaratmağa, Ermənistanla sərhədləri müəyyənləşdirməyə mane olmadı».

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “’Bu gün Rusiya yeganə ölkədir ki,…’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button