2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Bu gün xalq və hakimiyyət üz-üzə durub”

Mehman Əliyev: “Cəmiyyətdə ciddi narazılıq var” “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında ölkədə yaranmış mövcud iqtisadi-sosial vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Hazırda xalq və hakimiyyətin üz-üzə dayandığına diqqət çəkən ekspert, olduqca həssas və təhlükəli bir situasiyanın formalaşdığını bildirib: “Indiki durumda mövcud vəziyyəti diqqətlə izləmək lazımdır. Çünki hazırda vəziyyət olduqca həssas və təhlükəlidir. Bu gün hakimiyyət xalqla üz-üzə durub. Yaranmış böhran nəticəsində cəmiyyətdə ciddi narazılıq var. Və ən əsası, bu narazılıq getdikcə artır. Ölkənin vəziyyəti yaxşı deyil. Bu vəziyyətdn yalnız bir çıxış yolu var ki, bu da islahatlardır. İslahatlarla bağlı isə hələlik diqqətəlayiq bir addım atılmır. Halbuki, qeyd etdiyim kimi, böhrandan yeganə çıxış yolu islahatlardır və bu islahatların gecikməsi vəziyyətin bir qədər də ağırlaşması deməkdir. Bu isə heç kimə yaxşı heç nə vəd etmir”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button