2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

Bu gündən başlayaraq avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib.
Bunu “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan pərdə və jalüzlərdən istifadə etməyə icazə verilir: “Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib.Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin istifadəsindən gedir.Təbii ki, tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və küstar üsulla hazırlanan pərdə, jalüz, pulyonkalar inzibati məsuliyyət yaradır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button