2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bu il magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlanıb

Bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə sənəd verənlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, magistraturaya 13073 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11809-u Azərbaycan, 1264-ü isə Rus bölməsinin məzunlarıdır.

Rezidenturaya isə 1075 nəfər ərizə verib. Onlardan da 923-ü Azərbaycan, 152-i Rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pillələrinə elektron ərizə qəbulu 10-28 mart tarixlərində aparılıb. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button