2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bu mənzilə 4 ildir ki, baş çəkən yoxdur, aşkarlananlar isə xilasediciləri dəhşətə gətirib

Rusiyanın Yekaterinburq şəhərində bu yaxınlarda müdhiş bir hadisə baş verib. Çoxmənzilli evin dayaqlarından birində su sızıntısını aradan qaldıran kommunal xidmət işçiləri bağlı qapını qırmalı olublar.

 

Kommunal xidmət işçiləri polislərin müşayəti altında içəriyə daxil olduqları zaman dəhşətli mənzərə ilə qarşılaşıblar: yataq otağındakı çarpayıda mənzilin ölmüş sahibəsi uzanırdı, onun cəsədi mumiyaya çevrilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

 

 

Ölmüş qadının 1945-ci il təvəllüdlü Lüdmila Nikolayevna Korotayeva olduğu məlum olub. Qonşuların xatirələrinə əsasən, qadın bir zamanlar müəllimə işləyib. Qadın kifayət qədər qapalı həyat tərzi keçirib, binanın qalan sakinləri də öz aralarında bir o qədər ünsiyyət qurmağa meyilli olmayıblar, bu səbəbdən heç kəs insanın uzun müddət keçməsinə baxmayaraq görünmədiyinə fikir verməyib…

 

 

Evdə aşkarlanan ödəniş qəbzlərinə əsasən, qadın hələ 2012-ci ildə ölüb. Məlum olmayan səbəblərdən cəsəd çürümək yerinə mumiyalaşıb. Məhz bu səbəbdən ev sakinlərindən heç biri xarakterik qoxunu hiss etməyib və həyəcan təbili çalmayıb.

 

 

Hazırda qadının cəsədi müayinə edilir. Ekspertlər ölüm tarixini təyin etməyə çalışırlar. Sadə vətəndaşları isə belə bir sual narahat edir: “mumiyalaşmaya səbəb nədir?”.

 

 

Bir çoxları dini nöqteyi nəzərdən çıxış edərək dərin dini inancın və təmiz vicdanın çürüməyə mane olduğunu ehtimal edir.

 

 

Alimlər isə mumiyalaşmaya daha skeptik yanaşırlar. Onların sözlərinə əsasən, buna iqlim şəraiti, o cümlədən mərhumun rasionu səbəb olur. Vaxtaşırı oxşar vəziyyətlərdə belə mumiyalar aşkarlanır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button