2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu məsələnin yubanması beynəlxalq təzyiqləri artırır – Qüdrət Həsənquliyev Qarabağda məskunlaşmadan danışdı

[

Hesab edirəm, hökumət müəyyən qərarlar verməkdə gecikir. Sentyabrın 20-sində qondarma qurum özünü buraxdığını elan etdi. Ayın 26-sında artıq qaçqın və məcburi köçkünlərlə iş üzrə komitənin sədri Rövşən Rzayev Xankəndidən olan məcburi köçkünlərlə görüş keçirdi. Onda ümid yaranmışdı ki, bu insanlar tezliklə öz evlərinə qayıdacaqlar. Köçkünlərin hər biri öz evini tanıyır. Hətta işğal dövründə orda erməni qanunsuz məskunlaşıbsa belə, bu insanlar niyə öz evlərinə qayıtmamalıdır? İlk növbədə onlar, həmçinin Xocalıdan olanlar evlərinə qayıtmalı idilər. 

Gununsesi.info xəbər verir ki, bu sözləri  BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, bu məsələnin yubanması bizə beynəlxalq təzyiqləri də artırır. “Müəyyən mənada revanşist qüvvələrə, ermənipərəst Qərb dairələrinə stimul və ümid verir ki, Azərbaycana təzyiq edib, erməniləri beynəlxalq təminat altında ora qaytarmaq olar. Bundan başqa, bizim Qərbi Azərbaycandan olan qaçqınlar da   Qarabağdakı yaşayış məntəqələrinə yerləşdirilməlidir, Xankəndi daxil olmaqla. Xankəndidə boş evlər var, Hadrut üç ildir bomboş qalıb, hökumət məskunlaşmaya getmir, çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünləri həmin yaşayış məntəqələrinə köçürmür.  Biz o qədər haqsızlıqlarla üz-üzə gəlmişik ki, görünür, müəyyən narahatlıq var və hökumət qərar verə bilmir. Ən azından  Qərbi Azərbaycanlılar orada yerləşdirilməlidir. Sonra da Ermənistana deyilməlidir ki, siz Qərbi Azərbaycandan olan qaçqınların  evlərini boşaldın,  onları geri qaytarın, biz də Qarabağdakı ermənilərin yaşamış olduğu evləri boşaldaq,  qayıtmaq istəsələr gəlsinlər. Azərbaycan çox prinsipial mövqe ortaya qoymalı,bu barədə beynəlxalq birlik qarşısında açıq danışmalıdır, – deyə deputat əlavə edib.

Zəngəzurla bağlı fikirlərini açıqlayan Qüdrət Həsənquliyev bildirib ki, söhbət yolun açılmasından gedir: “Türkiyə və Azərbaycan birgə bəyanatla çıxış etməli, ermənilərə və onların havadarlarına deyilməlidir ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa Ermənistanla nə sərhədlər, nə də kommunikasiya xətləri açılmayacaq. Ermənistanın işğalı altında qalan 8 kəndin qaytarılması üçün isə Ermənistan qarşısında vaxt qoyulmalıdır. Zəngəzurun qaytarılması müzakirə mövzusu deyil. Beynəlxalq birlik  Zəngəzuru Ermənistanın ərazisi kimi tanıyır. Vaxtilə Nərimanov həmin torpaqları Ermənistana bağışlayıb. Daha doğrusu, onu buna məcbur ediblər. Amma sərhəddə erməni təxribatı olarsa, ora qoşun yeridilməli, sonra isə 10 noyabr 2020-ci il sazişinə əsasən, Naxçıvana yolun açılması şərtilə Rusiyanın nəzarətinə verilməlidir”.

Deputat yenidən azərbaycanlıların Ermənistana, ermənilərin Azərbaycana qayıtmasını məqbul saymadığını deyib. “Bu, imkan verəcək ki, gələcəkdə istənilən vaxt “köz”ü üfürsünlər, münaqişə ocağını alovlandırsınlar, yenidən etnik zəmində qarşıdurmalar yaratsınlar. Böyük dövlətlər niyə tələb edirlər ki, yox, ermənilər mütləq qayıtsınlar? Onlar bu kartdan həm Ermənistana, həm Azərbaycana təzyiq üçün istifadə edirlər, hər iki dövlətin siyasətinə təsir göstərir, bu dövlətləri nəzarətdə saxlamağa çalışırlar. Ona görə də Ermənistanla açıq danışmaq lazımdır ki, biz nə vaxta qədər bir-birimizi qıracağıq, bu münaqişəyə son qoyulmalı və biz dinc, yanaşı yaşamalıyıq. Bunun da yolu odur ki, ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşayır”, – deyə o bildirib.

2025-də rus hərbçilərinin Qarabağdan gedib, getməyəcəyi ilə bağlı sualı cavablandıran deputat bildirib ki, bu, regiondakı proseslərdən asılı olacaq: “Tez də baş verə bilər,  amma proses gecikə də bilər. Bu  regiondakı geosiyasi vəziyyətdən asılı olacaq. Bunu indidən proqnozlaşdırmaq olmaz. Əminəm ki, İlham Əliyev şəraitdən asılı olaraq ən düzgün qərarı qəbul edəcək. Ona görə ki, biz çətin, mürəkkəb dövrə qədəm qoymuşuq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Zamanında düzgün qərar vermək lazım gələcək”.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button