2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BÜRCLƏR – 11 Fevral

Qoç –  emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.

Buğa –  gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.

Saytların yığılması Saytlarin yigilmasi

Əkizlər – vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın. Planlarınızı kimsə ilə bölüşməyin.

Xərçəng – niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.

Şir – alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır. Bədxərclik etməyin. Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.

Qız – əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.

Tərəzi – yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.

Əqrəb – ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin. Axşam saatlarında istirahət və əyləncəni unutmayın. Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.

Oxatan – çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.

Oğlaq – işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın.

Dolça – tanışlarınız dəyərli məsləhətlər verə bilərlər. İşlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz.

Balıqlar – qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar. Yanınızda kimsəni darıxmağa qoymayın.

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button