Xəbərlər

Cəmil Həsənli: Telefonların dinlənilməsi dövləti cinayətdir və şüurlu şəkildə törədilib

İsa Qəmbər: “Hakimiyyət insanların nəfəs almasından belə informasiya toplayır”

Azərbaycan hökuməti İsrailin “NSO Group”undan “Pegasus” proqramı alaraq jurnalistləri, siyasi fəalları, vəkilləri və digər şəxslərin telefonlarını dinləyirmiş.

Bu iddia ilə Mütəşəkkil Cinayətkarlıq və Korupsiyanı Araşdırma Layihəsi (OCCRP) çıxış edib.

Bəyanatın ardınca bir çox jurnalistlər, vəkillər, siyasilər Avropa Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Fuad Ağayev: “Məlumatın Şarl Mişelin və Makronun səfəri ərəfəsində yayılması təsadüfü deyil”

Vəkil Fuad Ağayev şikayətin Avropa Məhkəməsində perspektivi olduğunu bildirib: “Ancaq iş gərək kifayət qədər savadlı və səviyyəli aparılsın”.

Fuad Ağayev deyir ki, bu hadisə nəticəsində minlərlə insanın şəxsi həyatına, fəaliyyətinə, yazışmalarına, başqaları ilə ünsiyyətinə yolverilməz müdaxilə olunub:

“Burada ayrı-ayrı dövlətlərin milli qanunvericilik aktları, həm də beynəlxalq hüquq normaları ilə qadağan edilən müdaxilə baş verib. Belə bir vəziyyətdə bu cür hərəkətlərə qarşı insanlar münasibətlərini bildirməlidir, həmçinin dövlət orqanları və vəzifəli şəxslər də müvafiq açıqlama verməlidirlər. Amma məlumatların Azərbaycan bağlı hissəsinin bu şəkildə yayılması belə bir ehtimala əsas verir ki, burada Azərbaycan-Ermənistan müharibəsindən sonrakı vəziyyətlə əlaqədar beynəlxalq siyasi müstəvidəki münasibətlərə təzyiq göstərilməsi cəhdi də ola bilər. Yəni bunun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona, yaxud Fransa dövlət başçısı Makronun Ermənistana səfəri ərəfəsində yayılması təsadüfü deyil. Amma istənilən halda müvafiq dövlət orqanları öz fəaliyyətlərinin qanun çərçiəsində olmasını təsbitləmək üçün izahat verməlidirlər”.


24 saat” “Cəmil Həsənli: Telefonların dinlənilməsi dövləti cinayətdir və şüurlu şəkildə törədilib” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button