2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhəçilik fenomeni

Son günlərdə 10 nəfər AXCP üzvü olan müəllim məhz siyasi mənsubiyyətinə görə işdən çıxarılıb. Bu barədə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli feysbuk səhifəsində məlumat yayıb.

“Cəbhəçilik fenomeninə daha bir nümunə: Son günlər hakimiyyət AXCP üzvü olan müəllimlərə qarşı səlib yürüşünə çıxıb. Kimliyinə, pedaqoji sahədəki uğurlarına məhəl qoymadan, 11 cəbhəçi müəllim qarşısında “ya AXCP-dən, ya da işdən istefa” tələbi qoyulub. Yalnız 1 nəfər partiya üzvülüyündən istefa verib, qalan 10 nəfər isə partiya üzvülüyünə sədaqətlərindən imtina etməyiblər. Əgər xatırlayırsınızsa Milli Şuranın 11 sentyabr mitinqindən sonra 300-ə yaxın AXCP üzvü polisin təzyiqlərinə məruz qalsalar da, 1 nəfər belə partiya sıralarını tərk etmədilər. Məncə iqtidarın AXCP-dən niyə qorxduğuna bundan önəmli səbəb ola bilməz”, – deyə N.Məmmədli yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button