2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Cəbhədə qanlı gecə – 1 mülki vətəndaş öldü, 1 yaralı (FOTOLAR)

cebheBu gün gecə saat 3 radələrində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttini ağır artileriyadan atəşə tutub.

Aznews.az xəbər verir ki, gərginlik cəbhə xəttinin Füzuli, Ağdam və Tərtər istiqamətində qeydə alınıb.

Ermənilərin ağır artileriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində mərmilərdən birini evə düşməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün, Cəlal Rəhimov həyatını, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni vaxtda Ağdamın kəndləri də atəşə məruz qalıb. Rayon ərazisində Salınan Baharlı qəsəbəsinə isə ağır artileriyadan açılan məmilər evlərin həyətlərinə düşüb.

Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 sayli evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb.

Hərbi mənbələrdən əldə olunan məlumata görə erməni hərbçiləri arasında itki daha çoxdur.







Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button