2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cəlilabad rayon İcra Hakimiyyətinin keçmiş başçısının cinyət işi məhkəməyə göndərilib

Bakı/24.12.21 Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə baxılacaq. Bu barədə elektron məhkəmə portalında məlumat yayılıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ təyin edilməyib.

Namiq Zeynalov və bir sıra vəzifəli şəxslər 2020-ci il dekabrın 7-də hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyatı zamanı həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

2020-ci il dekabrın 8-də isə prezident İlham Əliyev Namiq Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button