2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

CƏLİLABADLI GƏNCLƏR HƏRBİ XİDMƏTƏ BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ YOLA DÜŞDÜLƏR – Savash.org


Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Cəlilabad Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 5-də Cəlilabad rayon Heydər Əliyev parkında gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.Tədbirdə Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi,polkovnik Rasim Şirinov, Azərbaycan Mətbuat Şurası sədrinin müaviniBeynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimov,”Qarabağ Qaziləri “İctimai Birliyiyinin sədri Etimad Əsədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov,Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, ”Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, hüquq mühafizə orqanların rəsmiləri, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, valideynlər və gənc çağırışçılar iştirak edirdilər.Mərasimdə Cəlilabad RİH başçısı Əziz Əzizov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladı.Əziz Əzizov bildirmişdir, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir və törətməkdə davam edir.Ermənilər təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.Cəbhə bölgəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığını, xalqın böyük sevincini cənab Prezidentin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu, Xalq-Dövlət birliyinin gücü-qüdrəti ilə ərsəyə gəldiyi və yaxın vaxtlarda torpaqlarımızın tamamilə azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını xüsusi qeyd etmişdir.Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət heç kimin iradəsindən asılı olmayaraq yağı düşmənin tapdağında olan əzəli və əbədi torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edir.Bu əminlik isə ölkəmizin hərbi -siyasi üstünlüyü ,bir də Ali Baş Komandan ,prezident İlham Əliyevin xalqla birliyindən daha real görünür.Silahlı Qüvvələrimizin əldə etdiyi böyük qələbə bütün cəlilabadlılarda ruh yüksəkliyi yaratmış,qələbədən sevinc hissi duymuşlar.

Tədbirdə çıxış edən digər iştirakçılarda Milli Ordumuzun əldə etdiyi böyük qələbə münasibəti ilə xalqımızı təbrik etmiş, bu qələbədən sonsuz sevinc duyduqlarını, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bildirmişlər.Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.Sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs Quranın altından keçdilər və avtobuslarla hərbi hissələrə yola düşdülər.

Saytların yığılması Saytlarin yigilmasi





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button