2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Cəmiyyətdə radikal müxalifətin nüfuzu artmaqdadır”

Əli Əliyev: “Son aksiyalar bunu bir daha təsdiq edir”

VİP sədri Əli ƏliyevModerator.az-a açıqlamasında müxalifətin sentyabrda keçirdiyi aksiyaları dəyərləndirib. Ə.Əliyev bu aksiyaların müxalifətin artan gücündən və nüfuzundan xəbər veridyini söyləyib:

“Mən bu aksiyaları müxalifətin son 4-5 ildə keçirdiyi ən təsirli tədbir kimi qiymətləndirirəm. Eyni təşkilatların eyni rəhbərlərinin son iki ildə keçirdiyi tədbirlər bu qədər effektiv olmamışdı. Bu, cəmiyyətin müxalifətin tərəfdarlarnın artmasının, vəziyyətinin yaxşılaşmasının göstəricisidir. Başqa sözlə desək, bunu dövlət orqanlarındakı korrupsiyanın, aşkar edilən qanunsuzluqların, eybəcərliklərin cəmiyyətə yansımasının nəticəsi kimi də dəyərləndirmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Mən bu akisyaları normal qiymətləndirirəm. Müxalifətin sıxışdırılması, hakimiyyətin seçki prosesindən imtina etməsi və s. şəraitində belə tədbirlərin keçirilməsi cəmiyyətdə müxalifətin artan nüfuzunun göstəricisidir. Bu, cəmiyyətdə radikal müxalifətin nüfuzunun artmasını, bunun bri tendensiyaya çevrilməsini göstərir. Bu, radikal müxalifət cameəsinin son illər ərzində əldə etdiyi uğur kimi qiymətləndirilməlidir”.

 

Seymur Əliyev

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button