Bizim tərcüməDünya

Cənubi Koreya ilə Şimali Koreya arasında yeni böhran! “4 gündür telefonlarımıza baxmırlar”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Şimali Koreyanın ardıcıl silah sınaqları və Cənubi Koreya-ABŞ ittifaqı tərəfindən bölgədə həyata keçirdiyi birgə təlimlər Koreya yarımadasındakı gərginliyi artırsa da, Pxenyandan sürpriz bir addım gəldi. Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın iki ölkə arasındakı əlaqə kanallarını açıq saxlamaq üçün 4 gün ardıcıl olaraq gündə iki dəfə yerli vaxtla 09:00 və 17:00-da edilən rutin telefon zənglərinə cavab vermədiyini açıqlayıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, hökumətin vəziyyəti izləyəcəyini və lazımi reaksiyanı verəcəyini ifadə edərək, “Rəsmi mövqeyimizi ortaya qoymağımız çox çəkməyəcək” dedi. Cənubi Koreya Müdafiə Nazirliyi də hərbi xətt üzərindən edilən zənglərin 4 gündür cavabsız qaldığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Çağırışlara niyə cavab vermədiyi hələlik məlum olmayan Şimali Koreyanın son addımının Seul-Vaşinqton alyansının bölgədə keçirdiyi birgə hərbi təlimlərə reaksiya olduğu düşünülür. İki ölkə arasında müntəzəm təmasların dayandırılmasının yeni hərbi gərginliklərə yol aça biləcəyi ilə bağlı narahatlıqlar var.

İki ölkə arasında adi telefon danışıqları əvvəllər də müxtəlif səbəblərdən kəsilib. Pxenyan keçən iyun ayında güclü yağışların səbəb olduğu güman edilən texniki nasazlıqlar nəticəsində Seulun zənglərini cavabsız qoymuşdu. 2021-ci ildə Şimali Koreya Cənubi Koreyalı fəalların anti-Pxenyan flayer kampaniyasına və Seul-Vaşinqton alyansının birgə təlimlərinə etiraz çağırışlarına müvəqqəti olaraq biganə qaldı.

İHA

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button