Bizim tərcüməDünya

Cənubi Koreya prezidenti Yoon Baydeni incitmədi! O, Ağ Evdə şam yeməyində mahnı oxuyub

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Baydenin Ağ Evdə Cənubi Koreya prezidenti Yoon Suk Yeol və həyat yoldaşı Kim Keon Heenin şərəfinə verilən şam yeməyində rəngarəng anlar yaşanıb. Baydenin xahişi ilə Yun “American Pie” mahnısını ifa edib.
Bayden səhnədə Yuna “Biz bilirik ki, American Pie sizin sevimli mahnılarınızdan biridir” dedikdən sonra Yoon “Məktəbdə oxuyanda ən çox sevdiyim mahnılardan biri idi” cavabını verib. “O zaman biz bu mahnını sizdən eşitmək istəyirik” dedi Bayden. Baydenin xahişindən sonra Ağ Evdə alqış sədaları yüksəldikdə Yoon mikrofonu götürərək mahnı oxumağa başlayıb.

Mahnını 1 dəqiqəyə yaxın oxuyan Yoon sürəkli alqışlarla qarşılanıb. “Mən sizin mahnı oxuya biləcəyinizi bilmirdim” dedi Bayden, Yoonun ifasında təəccübünü gizlətmədi.

Saytların yığılması Saytlarin yigilmasi

Yoonun çıxışından sonra Bayden American Pie mahnı müəllifi Don Maklinin imzası olan akustik gitara təqdim etdi. (İHA)

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button