Bizim tərcümə

Cənubi Koreya: Şimali Koreya 4 gündür telefonlarımızda yoxdur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-10 11:40:20

class=”medianet-inline-adv”>

Şimali Koreyanın ardıcıl silah sınaqları və Cənubi Koreya-ABŞ ittifaqı tərəfindən bölgədə həyata keçirdiyi birgə təlimlər Koreya yarımadasındakı gərginliyi artırsa da, Pxenyandan sürpriz bir addım gəldi.

Saytların yığılması Saytlarin yigilmasi

Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın iki ölkə arasındakı əlaqə kanallarını açıq saxlamaq üçün 4 gün ardıcıl olaraq gündə iki dəfə yerli vaxtla 09:00 və 17:00-da edilən rutin telefon zənglərinə cavab vermədiyini açıqlayıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, hökumətin vəziyyəti izləyəcəyini və lazımi reaksiyanı verəcəyini ifadə edərək, “Rəsmi mövqeyimizi ortaya qoymağımız çox çəkməyəcək” dedi.

Cənubi Koreya Müdafiə Nazirliyi də hərbi xətt üzərindən edilən zənglərin 4 gündür cavabsız qaldığını açıqlayıb.

SƏBƏB BİLMİR

class=”medianet-inline-adv”>

Çağırışlara niyə cavab vermədiyi hələlik məlum olmayan Şimali Koreyanın son addımının Seul-Vaşinqton alyansının bölgədə keçirdiyi birgə hərbi təlimlərə reaksiya olduğu düşünülür.

İki ölkə arasında müntəzəm təmasların dayandırılmasının yeni hərbi gərginliklərə yol aça biləcəyi ilə bağlı narahatlıqlar var.

İki ölkə arasında adi telefon danışıqları əvvəllər də müxtəlif səbəblərdən kəsilib.

Pxenyan keçən iyun ayında güclü yağışların səbəb olduğu güman edilən texniki nasazlıqlar nəticəsində Seulun zənglərini cavabsız qoymuşdu.

2021-ci ildə Şimali Koreya Cənubi Koreyalı fəalların anti-Pxenyan flayer kampaniyasına və Seul-Vaşinqton alyansının birgə təlimlərinə etiraz çağırışlarına müvəqqəti olaraq biganə qaldı.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button