2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cərimələrin artırılması mediada böhtan və təhqir hallarını azaldacaqmı?

Elçin Şıxlı: “Problemin məğzi cərimə məbləğinin artırılması ilə bağlı deyil”
Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliyin edilməsi gözlənilir. Təklif edilən dəyişikliklərdə hər iki maddə ilə bağlı mövcud cərimələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Cərimələrin artırılması mediada böhtan və təhqir elementi olan yazıların sayının azalmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bunun müsbət mənada ciddi bir effekt verəcəyinə inanmadığını qeyd edib:
“Bu dəyişikliyin böhtan və təhqir ehtiva edən yazıların azalmasına təsir göstərəcəyini düşünmürəm. Çünki problemin məğzi cərimə məbləğinin artırılması ilə bağlı deyil. Problemin məğzi dəyişməlidir. Böhtan və təhqirin nədən irəli gəldiyi araşdırılmalı, buna təsir edən səbəblər ortadan qaldırılmalıdır. Və təbii ki, peşəkarlıq artırılmalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button